Tanınmış biznes-ledi Ruhi Əliyeva 20 Yanvar
faciəsinə həsr olunmuş fotosessiya çəkilişinə qatılıb
O, İnstaqram hesabında şəhidlərimizlə bağlı
.hisslərini, qanlı gecəyə aid xatirəsini bölüşüb
“Mən də anam kimi ailə qurub yaxşı
.övladlar böyüdürdüm
Uşaqlar xəstələnəndə səhərə qədər yatmır, ərimə bir şey
olanda qorxurdum. Ailəsinə bağlı, adi arzularla
.dolu ömür sürürdüm
.Sonra arzularım dəyişdi. Hamısı birləşib böyükləşdi
Vətənimi müstəqil görmək istədim. Bu arzu hər gün
daha çox sarıldı mənə daha həsrətlə dikildi
.gözlərim Azadlıq meydanlarına
.Bir gecə Azadlıq cəlladları ölümü şəhərimizə göndərdilər
.İşlərimi yarımçıq qoyub qardaşlarımıza arxa olmağa qaçdım
Anam deyirdi ki, kişilər nə qədər güclü olsalar da
.onlar həm də uşaq kimidilər
.Çətin anlarda yanlarında olmaq, onları qorumaq lazımdı
Anam həm də deyirdi ki, kişilər arxalarından
.qadın hənirtisi eşidəndə ölümün qarşısını daha inadla kəsirlər
.Tələsik küçəyə çıxdım. Hər yan insan idi
Şəhərini, ölkəsini qorumaq və nəhayət ki, Azadlığını
...qazanmaq üçün ölümün qarşısına çıxan insanlar
.Onlara qoşuldum
.O qədər çox idik ki, ölümün qaçmağa yeri qalmırdı
.Nə qədər öldürürdü qurtarmırdıq
Nə qədər qan axıdırdı, torpaq həsrətlə o qanı
.ciyərlərinə çəkib azadlığımıza güc verirdi
Hər tində, hər küçədə uşaq, qoca, cavan...Sinəmizi ölümün
qarşısına verir, onu küçədən-küçəyə, tindən-tinə
daşıyıb artıq doğulmaqda olan Azadlığımızı
.qorxudub kölə etməsinə imkan vermirdik
.Ölümün ölən gecəsi idi 1990-cı ilin 19 günlük o yanvar gecəsi
O gecə biz hər addımda ölümü bağrımıza
sıxıb qanımızda boğduq, qalanlarımız
...xoşbəxt, vətənimiz azad yaşasın deyə
O gecə biz ölümü özümüzlə birlikdə
torpağa gömüb, ətrafında azad, müstəqil
.Azərbaycan ucalacaq böyük xiyaban yaratdıq
Səhər göydən qərənfillər yağdı, çoxlu
qırmızı qərənfil... Örtdülər ölümün əməllərinin
.üstünü, yudular küçələrin qanını öz ləçəkləri ilə
.Sonra divarlardan qara mərmər pəncərələr açıldı
Həmin pəncərələrdən o gecə Azadlıq cəlladını
.öz qanlarında boğan insanlar boylanmağa başladı
Göz qırpmadan Azərbaycanın Müstəqilliyinin
əbədi məşəlinə keşik çəkən
.uşaqlı-böyüklü, kişili-qadınlı insan baxışları
.Mən də onların arasındayam
O vaxtdan mən də ətrafımdakılar kimi
bütün qalan işlərimi kənara qoyub öz
.pəncərəmdən hamımızın Azadlığını seyr edirəm
.Qeyd edək ki, şəkillərin müəllifi Orxan Aslanovdur
.R. Əliyeva fotolarda qaraya bürünmüş kədərli qadın obrazını canlandırıb
|
امتیاز مطلب : 8
|
تعداد امتیازدهندگان : 2
|
مجموع امتیاز : 2